Azərbaycan əhalisi ərzağa 13 mlrd. manatdan çox pul xərcləyib | Banco.az

Azərbaycan əhalisi ərzağa 13 mlrd. manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-iyun aylarında istehlakçılar tərəfindən ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 13 milyard 673 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 2,3% çoxdur.

Əlavə edək ki, ötən 6 ayda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et