Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 46 milyon 74 min dollar dəyərində 49 min 879 ton düyü idxal edilib.
Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.
Düyü idxalı 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə dəyər baxımından 16 milyon 683 min və ya 26,6%, miqdar ifadəsində isə 17,5% 10 min 585 ton azalıb.
Cari ilin yanvar-noyabr aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,22%-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 62 milyon 757 min dollar dəyərində 60 min 464 ton düyü idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
