Azərbaycan Dünya Bankı ilə yeni əməkdaşlıq çərçivəsini müzakirə edib | Banco.az

Azərbaycan Dünya Bankı ilə yeni əməkdaşlıq çərçivəsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında 2023-2028-ci illər üzrə yeni əməkdaşlıq çərçivəsi müzakirə edilib.

Bu barədə AMB-nin "X" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, bu gün qurumun sədri Taleh Kazımov Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri xanım Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dünya Bankının Azərbaycandakı mövcud fəaliyyəti və 2023-2028-ci illər üzrə yeni əməkdaşlıq çərçivəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda AMB və Dünya Bankı arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram