Azərbaycan daha bir beynəlxalq reytinqdə irəlilədi, MDB-də liderdir | Banco.az

Azərbaycan daha bir beynəlxalq reytinqdə irəlilədi, MDB-də liderdir

Mülkiyyət hüququnun qorunması səviyyəsinə görə qlobal reytinqdə Azərbaycan əvvəlki ilə nisbətən 13 pillə irəliləyərək 129 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

"Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi-2020" (International Property Right Index-2020) hesabatına görə Azərbaycanın indeksi 5,348 təşkil edib.

Bu göstərici ilə Azərbaycan reytinqə daxil edilən Gürcüstanı (73-cü yer), Ermənistanı (83-cü yer), Qazaxıstanı (85-ci yer), Rusiyanı (88-ci yer), Ukraynanı (105-ci yer) və Moldovanı (111-ci yer) geridə qoyub. Ölkəmiz məhkəmələrin müstəqilliyi, fiziki əmlakın qorunması, mülkiyyətin qeydiyyatı, kreditlərin əlçatanlığı, intellektual mülkiyyətin qorunmasının dərk edilməsi kateqoriyalarında liderdir. Dünya üzrə vətəndaşların mülkiyyət hüququ ən yaxşı şəkildə Finlandiya, İsveçrə və Sinqapurda, ən pis - Haitidə qorunur.

Xatırladaq ki, indeks Mülkiyyət Hüququ Alyansı (Property Rights Alliance) tərəfindən 2007-ci ildən dərc edilir. Reytinqdə istifadə olunan göstəricilər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, Ümümdünya Ticarət Təşkilatı və sair mənbələrdən əldə olunan məlumatların statistik analizinə əsaslanır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et