Azərbaycan daha 4 ölkədə turizm nümayəndəliyini açır | Banco.az

Azərbaycan daha 4 ölkədə turizm nümayəndəliyini açır

Bu il daha 4 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin açılacağı gözlənilir.

Bunu  Azərbaycan Dövlət Turizm Agentliyindən deyiblər.

Agentlikdən bildiriblər ki, ölkələr sırasına Yaponiya, Cənubi Koreya, Ukraynada və Qazaxıstan daxildir.

"Hazırda 6 ölkədə Azərbaycanın turizm nümayəndəlikləri və bir ölkədə ziyarətçi mərkəzi fəaliyyət göstərir. Bu il ərzində həmçinin yeni turizm məhsullarının yaradılması ilə bağlı işlər davam etdiriləcək. Bundan başqa, ekoturizmlə bağlı layihələrin genişləndirilməsi də nəzərdə tutulur", - deyə Agentlikdən qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq bildirilib ki, iş adamlarına daha sərfəli şərait yaratmaq məqsədi ilə cari ildə  də investisiyaların təşviqi, kreditləşmə, vergi güzəştlərin tətbiqi ilə bağlı məsələlərin aidiyyəti qurumlarla müzakirələri davam etdiriləcək.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et