Azərbaycan cari ildə ən çox bu ölkəyə məhsul ixrac edib | Banco.az

Azərbaycan cari ildə ən çox bu ölkəyə məhsul ixrac edib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 11 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 5 milyard 409,4 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 544,3 milyon dollar, İsrailə isə 1 milyard 205,9 milyon dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 743 milyon dollar, Türkiyə ilə 4 milyard 26,7 milyon dollar, Rusiya ilə 2 milyard 730,5 milyon dollar təşkil edib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et