“Azərbaycan bu şokları minimallaşdıracaq” | Banco.az

“Azərbaycan bu şokları minimallaşdıracaq”

“İlin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklar ilə üz-üzə gəldik. “Covid - 2019” ilə əlaqədar olaraq iqtisadi fəaliyyətlər məhdudlaşdırıldı, ardınca neft qiymətlərinin aşağı düşməsi, OPEC+ sazişinə qoşulmağımız (sazişə əsasən Azərbaycan neft hasilatını azaldır - red) və Sentyabr ayında başlamış hərbi əməliyyatlar iqtisadiyyat üçün ciddi sınaq və ciddi şokdur”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Azərbaycan və Ermənistan iqtisadiyyatlarının müqayisəli təhlilinə dair AzTV-də çıxışı zamanı bildirib.

Elman Rüstəmov deyib ki, vaxtında atılmış addımlar, qlobal maliyyə böhranından sonra görülmüş işlər imkan verir ki, Azərbaycan bu şokları minimallaşdırsın:

“Bu gün bizim iqtisadiyyat özünü çox normal hiss edir. Biz tam şəkildə makroiqtisadi sabitliyi qoruyub saxlaya bilmişik. İnflyasiya 3%-dən aşağıdır. Milli valyutamız başqa ölkələrin milli valyutalarından fərqli olaraq sabitliyini qoruyub saxladı. Ümumi daxili məhsulumuzun baza sahələrində - sənaye və kənd təsərrüfatı sahələrində əhəmiyyətli artımlara nail olmuşuq. Biz makroiqtisadi sabitliyi saxlamaqla və iqtisadi resessiyanı məhdudlaşdırmaqla, iş yerlərini qorumaqla növbəti ildə iqtisadi artımı tez bir zamanda bərpa etmək və sürətləndirmək üçün yaxşı bir plastarm saxlamışıq”.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın sədri əlavə edib ki, işğaldan azad ediləcək ərazilərdəki təbii resursların iqtisadi dövriyyəyə qaytarılması, bərpa proqramının həyata keçirilməsi, nəhəng investisiya layihələri iqtisadi artıma yeni bir implus verəcəkdir.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et