Azərbaycan bu il neft ixracını artırıb | Banco.az

Azərbaycan bu il neft ixracını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-aprel aylarında 4 milyard 562 milyon 682 min ABŞ dolları dəyərində 8 milyon 203 min 845 ton neft ixrac edib.   

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,5%, neftin həcmi isə 18,4% artıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 51,94% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram