Müəllif: Gülnar Əhmədli, Banco.az
İspaniya bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 96 milyon 479 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 604 milyon 99 min dollar və ya 7,3 dəfə azdır.
Hesabat dövründə İspaniyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 6,7 dəfə azalaraq 166,3 min tona enib.
Qeyd edək ki, ötən ilin 9 ayında İspaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 4-cü ölkə idi. Bu ölkə cari ilin yanvar-sentyabr aylarında isə ilk 10-luqda belə yer almayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!