Azərbaycan bu il İrandan idxalı artırıb | Banco.az

Azərbaycan bu il İrandan idxalı artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla İranın ticarət dövriyyəsi 2026-cı ilin yanvar-may aylarında 267 milyon 3 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 milyon 38 min dollar və ya 3,5% çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 257 milyon 157 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 5 milyon 279 min dollar və ya 2,1% çoxdur. İrana ixrac isə 61,8% artaraq 9,8 milyon manata yüksəlib.

Qeyd edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 257 milyon 965 min dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram