Azərbaycan bu il hansı ölkələrə neft ixrac edib? | Banco.az

Azərbaycan bu il hansı ölkələrə neft ixrac edib?

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 4 979 226,06 min ABŞ dolları dəyərində 6 679 380,57 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 021 414,64 min dollar dəyərində 1 449 824,24 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 1 028 653,6 min dollar dəyərində 1 236 761,15 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 26 ölkəyə 12 397 710,22 min dollarlıq 16 414 905,12 ton neft ixrac edib.

Azərbaycanın 2022-ci ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edirik:

#

Ölkələr

Miqdar, ton

Məbləğ, min $

-

Cəmi

16 414 905,12

12 397 710,22

1

İtaliya

6 679 380,57

4 979 226,06

2

İsrail

1 449 824,24

1 021 414,64

3

Hindistan

1 236 761,15

1 028 653,6

4

Böyük Britaniya

926 011,63

752 508,07

5

Portuqaliya

607 944,06

428 162,99

6

Çexiya

600 564,76

473 264,43

7

İspaniya

560 069,44

426 066,35

8

Xorvatiya

544 666,46

490 740,3

9

Ukrayna

506 359,3

304 578,84

10

Tunis

433 281,71

326 185,84

11

Tailand

368 473,28

231 496,55

12

Almaniya

351 003,97

258 524,91

13

Türkiyə

303 996,71

170 855,36

14

Vyetnam

276 344,26

247 778,02

15

İrlandiya

265 248,58

203 671,24

16

İsveçrə

264 864,95

232 002,72

17

Rumıniya

260 163,26

189 579,67

18

Avstraliya

156 418

138 977,88

19

Tayvan (Çinin əyaləti)

138 543,45

115 684,58

20

Avstriya

134 447,2

90 016,75

21

İndoneziya

124 597,09

105 808,54

22

Yunanıstan

94 117,82

81 101,96

23

Belarus

84 893,31

57 590,07

24

Fransa

46 300,13

43 447,48

25

Rusiya

628,1

371,92

26

Gürcüstan

1,7

1,44

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et