Bu il Çinin BYD şirkətinin Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, artıq istehsal üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin dəyəri 29 milyon manatdan çoxdur.
Ötən il ölkədə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə BYD ilə Çərçivə sazişi imzalanıb. Saziş çərçivəsində Çin şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-cı ildən aşağıtonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır.
report