Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb | Banco.az

Azərbaycan bu il elektrik enerjisinin hər kVt-nı Türkiyəyə 9 qəpiyə satıb

Türkiyə bu ilin yanvar-mart aylarında Azərbaycan, Yunanıstan, Bolqarıstan və Çexiyadan 106 696 000 kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% azalma deməkdir. 

"Anadolu" Agentliyinin verdiyi xəbərə görə, 2018-ci ildə bu rəqəm 273 180 000 kVt/saat olub.

Ötən ilin ilk rübündə rəsmi Ankara elektrik enerjisi idxalı üçün 11 133 696 dollar ödədiyi halda bu il həmin 58% azalaraq 4 681 848 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyənin bu il Azərbaycandan aldığı elektrik enerjisinin miqdarı 8 998 000 kVt/saat olub ki, bu da ötən ilə nisbətən 50 483 000 kVt/saat azalma deməkdir. Bu idxala görə, Türkiyə Azərbaycana 458 872 dollar ödəyib. Bu isə hər kVt elektrik enerjisinin 0,05 dollar yaxud 0,085 manat olması deməkdir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et