"Azərbaycan Beynəlxalq Bankı"nın 21 avtomobili özəlləşdirilib | Banco.az

"Azərbaycan Beynəlxalq Bankı"nın 21 avtomobili özəlləşdirilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus 21 nəqliyyat vasitəsi satılıb.

Banco.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinə ümumilikdə 219 sifariş qəbul edilib. Əksər avtomobillər üzrə hərrac rəqabətli olub.

Belə ki, "Hyundaı İX-35" markalı avtomobilin start qiyməti 16.000 manat olsa da, son təklif 20.500 manata yüksəlib. Bundan başqa, 2.500 ilkin satış qiyməti ilə təklif edilən "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsi 17.200 manata satılıb.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3547Fw linki vasitəsilə  tanış olmaq mümkündür.

Qeyd edək ki, növbəti hərrac iyulun 25-də keçiriləcək. Hərraca ümumilikdə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi çıxarılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram