Azərbaycan Beynəlxalq Bankına BVF-dən təklif | Banco.az

Azərbaycan Beynəlxalq Bankına BVF-dən təklif

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Beynəlxalq Bankının (ABB) şəffaf şəkildə özəlləşdirilməsinə yol açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun yenidən strukturlaşdırılmasını təklif edir.

Banco Trend-ə istinadən xəbər verir ki, bu barədə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABB-nin kapitalında dövlətin iştirak payı 51,07 faizdir.

O bildirib ki, hazırda Azərbaycanın maliyyə sektorunda digər prioritetlərdən biri ABB-nin ölkənin bank sektorunda həcminin kiçildilməsidir: "Əgər hökumət onun payını azaltmasa, maliyyə sektoru böyük risklə üzləşə bilər".