Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2014-cü ilin əvvəlindən ölkənin 44 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb.
Bankdan verilən məlumata görə, bu, ölkə bankları tərəfindən ilin əvvəlindən quraşdırılan ATM-lərin ümumi sayının 50%-ni təşkil edir.
Hazırda ABB-nin bankomatlarının sayı 734 ədəddir. İlin əvvəlindən bankın POS-terminallar şəbəkəsi 70,6% artaraq 8445 çatdırılıb.
Oktyabrın 1-nə ABB-nin 2 181 855 aktiv plastik kartı olub.
Trend