Real sektorun inkişafını davamlı şəkildə dəstəkləyən Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verib. Proses bu il də davam etdiriləcək. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi bankın kredit siyasətində önəmli yer tutacaq. Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə biznes kreditlərinin şərtlərini daha da asanlaşdırıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxsləri və fərdi sahibkarları “Dəstək olaq, işinizi böyüdün!” devizi ilə bankla fəal əməkdaşlığa dəvət edən Azərbaycan Beynəlxalq Bankının biznes krediti şərtləri indi belədir:
Maksimal məbləğ: 5 000 000 AZN
Faiz dərəcəsi: illik 6%-dən başlayaraq
Müddət: 84 ayadək
Sahibkarlar kredit üçün bankın bütün filiallarına müraciət edə bilərlər. Biznes kreditini bankdan onlayn qaydada da sifariş etmək mümkündür. Müraciət göndərildikdən sonra bank əməkdaşı müştəri ilə əlaqə saxlayır. Onlayn kredit sifarişi üçün link: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/
Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı olaraq ötən il kiçik və orta sahibkarlıq subyektləri ilə fəal tərəfdaşlığa başladıq. Yaratdığımız imkanlar sahibkarlarda böyük maraq doğurdu, biznes kreditləri üçün banka müraciətlər intensivləşdi. Sahibkarların istəklərini nəzərə alaraq onlar üçün yaratdığımız imkanları daha da genişləndiririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər kəs bu imkanlardan istifadə edərək öz biznesini inkişaf etdirə biləcək. Sahibkarlarımızı bu sərfəli imkanlardan faydalanmağa çağırırıq”.
Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.