Azərbaycan Beynəlxalq Bankı indi “E-manat” terminallarında! | Banco.az

Azərbaycan Beynəlxalq Bankı indi “E-manat” terminallarında!

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı müştəriləri üçün daha bir imkan yaradıb. Bu banka bəzi ödənişləri indi vaxt itirmədən “E-manat” terminallarında da rahatlıqla aparmaq olar. Banka aylıq kredit borclarını bu terminallarda ödəmək mümkündür. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankındakı kredit kartı hesablarına da “E-manat” terminalları vasitəsilə ödəniş etmək olar.

Ödənişləri həm şəxsiyyət vəsiqəsinin FİN kodu, həm hesab nömrəsi, həm də 7 rəqəmli müştəri kodu vasitəsilə həyata keçirmək imkanı yaradılıb. Bu xidmət respublika ərazisindəki bütün “E-manat” terminallarında keçərlidir. Belə bir ödəniş xidməti müştərilər üçün tamamilə pulsuzdur. Azərbaycan Beynəlxalq Bankının ödəniş əməliyyatlarına görə müştərilərdən heç bir komisyon haqq tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

Onu da qeyd etmək lazımdır ki, “E-manat” terminalları vasitəsilə qeyri-iş günləri və saat 17:00-dan sonra edilmiş ödənişlər növbəti iş günü icra olunacaq. Xarici valyutada olan hesablara mədaxil olunarsa, bu zaman ödənişlər əməliyyat icra edilən tarixdə Bankın əməliyyat günü üçün müəyyənləşdirdiyi rəsmi mübadilə məzənnəsi ilə qəbul ediləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.