Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 295 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb.
Neft məhsullarından sürtkü yağlarının istehsalı 61,2%, neft bitumunun istehsalı 37,2%, yanacaq mazutunun istehsalı 17,4%, dizel yanacağının istehsalı 5%, avtomobil benzininin istehsalı 1,2% artıb.
Məlumata əsasən, hesabat dövrü ölkədə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5%, neft koksunun istehsalı 6,7%, ağ neftin istehsalı isə 13,6% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri |
2020-ci ilin yanvar-may aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Avtomobil benzini, min ton |
505,9 |
101,2 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
131,6 |
96,5 |
Ağ neft, min ton |
219,9 |
86,4 |
Dizel yanacağı, min ton |
930,6 |
105 |
Yanacaq mazutu, min ton |
38,5 |
117,4 |
Sürtkü yağları, min ton |
10,8 |
161,2 |
Neft bitumu, min ton |
99,9 |
137,2 |
Neft koksu, min ton |
95,2 |
93,3 |
APA
Bizi sosial şəbəkələrdən izləyin!!