Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin dekabrın 1-i tarixinə 2 milyard 674 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 75.9 milyon manat artıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.
Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 20.1% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!