Azərbaycan banklarının Müşahidə Şuralarına yeni səlahiyyətlər veriləcək | Banco.az

Azərbaycan banklarının Müşahidə Şuralarına yeni səlahiyyətlər veriləcək

Azərbaycan banklarında Müşahidə Şuralarının səlahiyyətləri artırılır.

Bu barədə KİV-i "Banklar haqqında" qanuna dəyişikliklər layihəsinə istinadən xəbər verir.

Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən, Müşahidə Şurası Bankın Audit Komitəsinin üzvlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Komitənin əsasnaməsini təsdiq etmək səlahiyyətinə də malik olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. 

report.az