Azərbaycan banklarının kapitalı 7 mln. manat azalıb | Banco.az

Azərbaycan banklarının kapitalı 7 mln. manat azalıb

İllik müqayisədə isə azalma 16%-i üstələyib

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı 2016-cı il mart ayının 1-nə 3 584,7 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bankların məcmu kapitalı fevralın 1-nə olan göstərici ilə müqayisədə 6,7 mln. manat və ya 0,2% azalıb. 
Qeyd edək ki, cari ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə azalma 637,3 mln. manat və ya 15%, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 697,1 mln. manat və ya 16,3% olub.

Ən sərfəli krediti almaq üçün müraciət et