Azərbaycan banklarının kapital bazarında birbaşa iştirakı nə vəd edir? | Banco.az

Azərbaycan banklarının kapital bazarında birbaşa iştirakı nə vəd edir?

"Azərbaycan banklarının kapital bazarında birbaşa iştirakının təmin edilməsi investisiya şirkətlərinin gəlirlərini bir qədər azalda bilər”.

Bunu açıqlamasında kapital bazarı üzrə ekspert Cəfər İbrahimli banklara yeni səlahiyyət verilməsinə dair Azərbaycan Mərkəzi Bankının (AMB) planlarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, tənzimləyici qurumun “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında deyilir ki, bu il Azərbaycanın kapital bazarında maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üzrə investisiya fondlarının fəaliyyətinin təşviq edilməsi, bankların kapital bazarında birbaşa iştirak imkanlarının yaradılması üzrə işlər davam etdiriləcək.

“İnvestisiya şirkətləri bütün hüquqi şəxslərə - banklara, sığorta şirkətlərə, eyni zamanda fiziki şəxslərə və digər sahibkarlıq subyektlərinə vasitəçilik xidməti göstərir və bundan müəyyən bir gəlir əldə edir. Lakin AMB-nin vəd etdiyi dəyişiklik olsa, bu işlə banklar da məşğul ola biləcək. Lakin onlar yalnız öz adlarına, öz hesablarına investisiya edə biləcək, yəni vasitəçilik xidməti göstərə bilməyəcə. Bu xidmətini yenə də investisiya şirkətləri göstərəcək. Banklar hər hansı müştəriyə vasitəçilik xidməti edərək qiymətli kağızın alqı-satqısını həyata keçirə bilməz. Burda söhbət yalnız bankın öz adına və öz hesabına olan qiymətli kağızların alqı-satqısını birbaşa özlərinin həyata keçirmək imkanının yaradılmasından gedir”, - C.İbrahimli əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et