Azərbaycan banklarının Gürcüstan bank sektorunda mövqeyi (renkinq) | Banco.az

Azərbaycan banklarının Gürcüstan bank sektorunda mövqeyi (renkinq)

Gürcüstan regionda inkişaf səviyyəsinə görə ikinci ən böyük bank sisteminə malikdir. Gürcüstanda 21 kommersiya bankı fəaliyyət göstərir ki, onların da aktivlərinin ümumi həcmi 19.1 mlrd GEL (10.9 mlrd USD) təşkil edir.

Azərbaycan Gürcüstan bank sektorunda 3 bank ilə iştirak edir ki, həmin banklara "Pasha Bank Georgia", "International Bank of Azerbaijan-Georgia" "Caucasus Development Bank-Georgia" aiddir. Bununla yanaşı, "FINCA Bank Georgia"nın CEO-su azərbaycanlı - Vüsal Verdiyevdir.

Banco.az saytı olaraq, Gürcüstan bankları üzrə reytinqi hazırlamaqda başlıca məqsədimiz Azərbaycan banklarının mövqeyini müəyyən etməkdən ibarətdir.

2014-cü ilin III rübü üzrə Azərbaycan kapitallı banklardan yalnız "Pasha Bank Georgia" mənfəət əldə edə bilməyib, 7.9 mln GEL (4.5 mln USD) zərərə düşmüşdür. Qeyd edək ki, cari ilin son rübü üzrə ümumilikdə 6 bank zərərlə işləmişdir ki, onlardan biri də "Pasha Bank Georgia"dır. Əksər hallarda olduğu kimi bankın zərərlə işləməsinin səbəbi qeyri-faiz xərclərinin (2.5 mln USD) kifayət qədər yüksək həddə olmasıdır. Lakin bank 103 mln GEL (58,7 mln USD) nizamnamə kapitalı ilə Gürcüstan bankları arasında dördüncü yerdə qərarlaşmışdır. "Pasha Bank Georgia" 2014-cü il III rüb üzrə aktivlərinin həcminə görə 21 bank arasında 15-ci yerdədir.

Aktivlərin həcminə görə 16-cı yerdə qərarlaşmış "International Bank of Azerbaijan-Georgia" 3 mln lariyə (1.4 mln USD) yaxın xalis mənfəət əldə etmişdir. Bankın faiz gəlirləri 9.1 mln GEL (5.2 mln USD), faiz xərcləri isə 4.3 mln GEL (2.5 mln USD) təşkil etmişdir. "International Bank of Azerbaijan-Georgia"nın nizamnamə kapitalı 22 688 min GEL (13 mln USD) təşkil edir.

"Caucasus Development Bank-Georgia" aktivlərinin həcminə görə ən son yerdə qərar tutmuşdur. Belə ki, bank 27 mln GEL (15.6 mln USD) aktivə sahibdir. Bank üç rüb ərzində yalnız 149 min GEL (85 min USD) xalis mənfəət qazana bilmişdir və nizamnamə kapitalı isə 20 mln GEL (11.4mln USD) təşkil etmişdir.

Aktivlərin həcminə görə Bank of Georgia, TBC Bank və Liberty Bank Gürcüstanın ən böyük bankları hesab olunur. Diqqətinizə aktivlərin həcminə görə Gürcüstan banklarının renkinqini təqdim edirik. 

N Bank Aktiv/GEL Aktiv/USD Xalis mənfəət/GEL Xalis mənfəət/USD
1 Bank of Georgia 6049363372 3445752661 115938682 66039350
2 TBC Bank 4611324080 2626637093 86109758 49048621
3 Liberty Bank 1571762742 895285226 17417938 9921359
4 Bank Republic 1081494153 616025377 26013726 14817570
5 Procredit Bank 1051627329 599013060 13482579 7679756
6 VTB Bank Georgia 945308881 538453453 10177290 5797044
7 Cartu Bank 681969282 388453681 25565156 14562062
8 Basisbank 609696048 347286425 11394482 6490363
9 PrivatBank 605653333 344983671 713667 406509
10 Kor Standard Bank 549228868 312843967 -8718452 -4966081
11 Bank Constanta 414578577 236146376 12524610 7134091
12 Finca Bank Georgia 152008143 86584725 4918218 2801445
13 Halyk Bank Georgia 151059111 86044151 1449031 825377
14 Pasha Bank Georgia 132040708 75211158 -7945485 -4525794
15 International Bank of Azerbaijan-Georgia 128150778 72995431 2950745 1446256
16 BTA Bank 123380427 70278211 -4191742 -2387641
17 Progress Bank 80424867 45810474 -182922 -104193
18 Turkiye İs Bankası Batumi Branch 54454945 31017854 -85875 -48915
19 Capital Bank 47677268 27157250 -3794858 -2161573
20 T.C. Ziraat Bankası Tbilisi Branch 46941437 26738116 235805 134316
21 Caucasus Development Bank-Georgia 27372597 15591591 149029 84888

Ən sərfəli kredit üçün müraciət et

  • Valyuta konvertasiyası zamanı Gürcüstan Milli Bankı`nın 07.11.2014 tarixinə olan 1.7556 GEL / USD rəsmi məzənnəsinə əsaslanılmışdır.
  • Xalis mənfəət vergi və digər fövqaladə xərclər çıxılmaqla hesablanmışdır.
  • Reytinq 2014-cü il III rüb üzrə göstəricilərinə əsaslanaraq hazırlanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et