Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb | Banco.az

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

Banco.az Fonda istinadən xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən başlanılacaq.

Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinə qədər elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.

Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram