Azərbaycan bankları biznes kreditlərinə tələbin 19% artacağını proqnozlaşdırır | Banco.az

Azərbaycan bankları biznes kreditlərinə tələbin 19% artacağını proqnozlaşdırır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin ikinci rübündə Azərbaycan banklarında biznes kreditlərinə tələb 15%, ipoteka kreditlərinə tələb 23%, istehlak kreditlərinə tələb isə 29% artıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində qeyd edilib.

Məlumata görə, II rübdə mikro subyektlərin kreditə tələbi 17%, KOS-ların kreditə tələbi 15%, iri sahibkarlıq subyektlərinin kreditərə tələbi isə 4% artıb.

Qeyd edək ki, banklar III rübdə biznes kreditlərinə tələbin 19% (mikro subyektlərin kreditə tələbinin 17%, KOS-ların kreditə tələbinin 17%, iri sahibkarlıq subyektlərinin kreditə tələbinin isə 8%) artacağını proqnoz edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et