Azərbaycan bankına yeni səhmdarlar gəlib | Banco.az

Azərbaycan bankına yeni səhmdarlar gəlib

Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Kapital Bank" ASC-nin səhmdarı olan fiziki şəxslərin (minoritar səhmdarların) sayı 190 təşkil edib. 

Bankın maliyyə hesabatında verilən məlumata görə, bu, ilin əvvəli və ötən ilin eyni dövrü ilə müqayisədə 6 nəfər çoxdur. 

Beləliklə, 2018-ci ilin yanvar-iyun aylarında "Kapital Bank"ın səhmdarlarının sayı "PAŞA Holdinq" MMC ilə birlikdə 185-dən 191-ə yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Sentyabr ayında "Kapital Bank"ın yeni səhm emissiyası ilə nizamnamə kapitalı 20 milyon manat artırılıb. Yeni səhmlərin əksər hissəsi “PAŞA Holdinq” tərəfindən alınsa da, az bir hissəsini fiziki şəxslər əldə edib.

marja.az