Azərbaycan apreldə OPEC kvotasını 86,4 % istifadə edib | Banco.az

Azərbaycan apreldə OPEC kvotasını 86,4 % istifadə edib

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

Energetika Nazirliyinin xəbərinə görə, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 86,4 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et