Azərbaycan Almaniyaya 42 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib | Banco.az

Azərbaycan Almaniyaya 42 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin ilk 10 ayında Azərbaycanın Almaniyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 15 milyon 237 min dollar və ya 57,5% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Almaniyaya qeyri-neft ixracının dəyəri 41 milyon 729 min dollar təşkil edib. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 26 milyon 492 min dollar olub. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (956 milyon 725 min dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram