Azərbaycan və ABŞ-nin "ScaleAI" şirkəti arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Banco.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr nazirin Böyük Britaniyaya səfəri çərçivəsində şirkətin nümayəndələri ilə görüşdə baş tutub.
R. Nəbiyev həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.
