Azərbaycan 7 ayda 85 milyon dollarlıq mebel idxal edib | Banco.az

Azərbaycan 7 ayda 85 milyon dollarlıq mebel idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 84 milyon 786 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyon 536 min dollar və ya 1.8% artıb.

2024-cü ilin yanvar-iyul aylarında ölkəyə 83 milyon 250 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, 7 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.62% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram