Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar-aprel aylarında 90 milyon 535 min ABŞ dolları dəyərində 419 min 105 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 51,7%, həcmi isə 57,2% artıb.
Ötən ilin eyni dövründə idxal edilən buğdanın dəyəri 59 milyon 697 min dollar, miqdarı isə 266 min 609 ton olub
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 216 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (223.9 dollar) ilə müqayisədə 3,5% və ya 7.9 dollar azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!