Azərbaycan 400 milyon manatdan çox borc qaytarıb | Banco.az

Azərbaycan 400 milyon manatdan çox borc qaytarıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 9 718,8 milyon manatı və yaxud 69,1%-i cari xərclər, 3 913,7 milyon manatı və yaxud 27,8%-i əsaslı xərclər, 430,8 milyon manatı və yaxud 3,1%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Banco.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında dövlət borcuna xidmətlə bağlı xərclərin 352,7 milyon manatı xarici, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərcləri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram