Azərbaycan 288,8 mln. dollarlıq əczaçılıq məhsulları alıb | Banco.az

Azərbaycan 288,8 mln. dollarlıq əczaçılıq məhsulları alıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 288 milyon 759 min dollar təşkil edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 710 min dollar və ya 9,7% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 4,22%-ni təşkil edib.

Cari ilin 5 aylıq dövründə ölkənin əczaçılıq məhsullarının ixracından qazancı isə 1 milyon 351 min dollar dəyərində olub.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 263,1 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib. İxrac isə 1,5 milyon dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et