"Azərbaycan 2024-2050-ci illərdə insan kapitalını 1,7% artıra bilər" | Banco.az

"Azərbaycan 2024-2050-ci illərdə insan kapitalını 1,7% artıra bilər"

"Azərbaycanda insan kapitalı sahəsində vəziyyəti bir çox yollarla yaxşılaşdıra bilərik".

Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah "İnsan Kapitalı İcmalı"nın təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, kefiyyətli təhsilə bərabər çıxışın, ən yoxsul və həssas əhali qrupları üçün səhiyyə, sosial müdafiə və məşğulluq xidmətinin təmin edilməsi vətəndaşların və icmaların tam potensialına çatmasını təmin etmək üçün ölkəni doğru istiqamətə yönəltməyə kömək edəcək.

F. Saadah əlavə edib ki, insan kapitalını struktur müqayisəli ölkələr səviyyəsinə çatdırmaqla Azərbaycan 2024-2050-ci illərdə orta artımı minimum 1,7% bəndi artıra bilər.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et