Azərbaycan 177 ölkədən məhsul idxal edib | Banco.az

Azərbaycan 177 ölkədən məhsul idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.

Banco.az xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22953,7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 14755,2 milyon dollarını və ya 64,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 8198,5 milyon dollarını (35,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 6556,7 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,4 faiz azalıb, real ifadədə isə 2,5 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 0,6 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram