Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyul aylarında 1 milyard 342 milyon 641 min dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1% və ya 111 milyon 459 min dollar artıb.
Məlumata görə, 2023-cü ilin 7 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 231 milyon 182 min dollar olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 12,44% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!