Azərbaycan 111 ölkəyə məhsul ixrac edib | Banco.az

Azərbaycan 111 ölkəyə məhsul ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunmuş, 181 ölkədən idxal olunub. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26333,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 16776,7 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9556,5 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 7220,2 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə isə 1,4 faiz artmışdır. İdxal real ifadədə 8 faiz artıb, ixrac isə 0,7 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram