Azərbaycan 10 ayda xaricdən 58 milyon dollarlıq düyü alıb | Banco.az

Azərbaycan 10 ayda xaricdən 58 milyon dollarlıq düyü alıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 58 milyon 140 min dollar dəyərində 55 min 961 ton düyü idxal edilib.

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Düyü idxalı 2023-cü ilin 10 ayı ilə müqayisədə dəyər baxımından 15 milyon 38 min və ya 34,9%, miqdar ifadəsində isə 17,4% artıb. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 43 milyon 102 min dollar dəyərində 47 min 674 ton düyü idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram