Azər Türk Bankın “Sahibkar kartı” | Banco.az

Azər Türk Bankın “Sahibkar kartı”

Dövlət bankı Azər Türk Bank fərdi sahibkar olan müştərilərinə bank əməliyyatlarını xidmət şəbəkəsində və məsafəli şəkildə, asan və daha rahat yerinə yetirmək üçün “Sahibkar” kartını təqdim etməkdədir.

Özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan “Sahibkar” kartını ödənişsiz əldə etmək istəyən şəxslərin fərqli valyutalarda hesablar açmaq üçün Azər Türk Bankın internet səhifəsindən onlayn müraciət göndərmələri kifayətdir.

Müştəri Bankın müasir ATB360 Mobil əlavəsinə və ATB Business internet-bankçılıq xidmətinə ödənişsiz qoşulmaqla kartla onlayn əməliyyatlar aparır və onlara nəzarət edir. Bundan əlavə Bank tərəfindən hesabın idarə edilməsində müştəriyə yardımçı qismində fərdi menecer də təyin olunur.

Üç il müddətinədək verilən kart müştərinin istəyinə uyğun AZN, USD və EUR valyutasında ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram