“Azər-Türk Bank” ASC-nin mətbuat katibi Nəsimi Cəfərli öz istəyi ilə vəzifəsindən azad edilib.
Bu barədə bankdan bildirilib.
Məlumata görə, onun yerinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) keçmiş mətbuat katibi Rauf Ağayevin təyin ediləcəyi gözlənilir.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Mənbə: Report.az