Azər Türk Bankdan öz biznesini qurmaq istəyənlərə müjdə | Banco.az

Azər Türk Bankdan öz biznesini qurmaq istəyənlərə müjdə

Azər Türk Bank tərəfindən müştərilərin ixtiyarına verilmiş “startup” krediti məhsulu şəxsi biznesini qurmaq arzusunda olan, həmçinin özünə məxsus yeni, fəaliyyətinin bir ili tamam olmamış təsərrüfat subyektini inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Beş il müddətinədək  rəsmiləşdirilən kreditin məbləği 50 000 manatadək müəyyən edilmişdir. Daim yeniliklərə dəstək olan Azər Türk Bank təklif edilən kreditin illik faiz dərəcəsinin 7%-dən başlanması barədə qərar vermişdir.

Bundan əlavə, Bank uğurlu başlanğıc və işlərin şəffaf, qanunun tələblərinə uyğun aparılması üçün sahibkarlara İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı xidmətlərini də  təmənnasız olaraq təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

“startup” kreditini əldə etmək arzusunda olan sahibkarlar onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın korporativ müştərisi ola bilərlər.

 Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç