"Azər-Türk Bank" ASC-nin rəhbərliyində dəyişiklik gözlənilir.
Bankın İdarə Heyətinə (İH) rəhbərlik edən Fərhad Adıgözəlovun yerinə Xalid Əhədov təyin ediləcək.
X.Əhədov vaxtı ilə hazırda ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.