"Azər-Türk Bank"a məxsus 11 avtomobil satışa çıxarılır – Hərrac | Banco.az

"Azər-Türk Bank"a məxsus 11 avtomobil satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 6 may 2024-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə "Azər-Türk Bank" ASC-nin balansında olan 11 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin markaları "Audi A6" (4 ədəd), "Nissan Altima" (1 ədəd), "Toyota Avalon" (1 ədəd) və "Volkswagen Passat"dır (5 ədəd). Avtomobillərin start qiyməti isə 5 100 manatdan 22 500 manata qədərdir.

Avtomobillər haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et