Korporativ Bankçılıq Departamentində Kiçik və Orta Biznes kreditləşməsi şöbəsinin rəisi
Namizədə olan tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar)
- Bankda Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili – səlis, rus dili – yaxşı, ingilis dili – orta
- Kompüter proqramlarında işləmək qabiliyyəti ( Bank əməliyyat sistemləri, MS Office )
- İdarəçilik bacarığı
- Analitik təhlil etmə, biznes analizi və maliyyə təhlili aparmaq bacarığı
- İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı
- Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq.
Vəzifə öhdəlikləri
- Kiçik və orta biznes subyektləri ilə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
- Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq;
- Tabeçiliyində olan müştəri menecləri üçün hədəf planlarını tərtib etmək, menecerlərin fəaliyyətinə və planın icrasına nəzarət etmək;
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və maliyyələşmə üzrə təklif paketlərini hazırlamaq;
- Bankın müştəri bazasının dinamikasını izləmək, rəqib bankların üstün və fərqli cəhətlərini öyrənmək, SWOT təhlil aparmaq və müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək;
- Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- Bankda yeni məhsul və xidmətlərin yaradılması üzrə təkliflər vermək, tətbiq layihələrinin hazırlanmasında iştirak etmək;
- Maliyyələşdirilmiş müştərilərin maddi dayanıqlığının ölçülməsi məqsədilə Bankda aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək;
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!