"Azər Türk Bank" mənfəətini artırıb | Banco.az

"Azər Türk Bank" mənfəətini artırıb

“Azər Türk Bank” ASC- 2016-cı ilin 10 aylıq maliyyə göstəricilərini açıqlayıb. 31.10.2016 tarixinə aid maliyyə hesabatlarını bank öz rəsmi web saytında açıqlayıb.

Banco.az xəbər verir ki, 31 oktyabr nəticələrinə əsasən bankın cəmi aktivləri 807 mln. 631 min manat təşkil edib.

Qeyd edək ki, bankın aktivləri cari ilin birinci yarımilində 880 mln. 864 min manat təşkil etmişdi.

Sözügedən dövrdə bankın kredit portfeli 147 mln. 54 min manat olub. 30 iyun göstəriciləri ilə müqayisədə müştərilərə verilən kreditlərdə 4,5% azalıb.

Bankın kapitalında artım müşahidə olunub.

2016-cı ilin oktyabr göstəricilərinə əsasən bankın kapitalı 57 mln. 775 min manat təşkil edib ki, bu da keçən rüblə müqayisədə 1 mln. 566 min manat çoxdur.

Bankın mənfəəti də artaraq 10 mln. 466 min manat olub. Bankın oktyabr ayına olan mənfəəti iyunda olan mənfəətlə müqayisədə 17,5% çoxdur.

``Azər Türk Bank`` Açıq Səhmdar Cəmiyyəti 5 may 1995-ci il tarixində təsis edilib.

Bankın səhmdarlarının tərkibi dəyişərək bu şəkildə müəyyənləşib: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (75.00%), Türkiyə Respublikası Ziraat Bank (12,37 %), AzRe Təkrarsığorta ASC (6.55%), Qala Həyat” Sığorta Şirkəti ASC (5.00%), Ziraat Bank İnternational (1.08%).

Ən sərfəli kredit üçün müraciət et

Bizi facebook səhifəmizdən də izləyin

Ən sərfəli krediti almaq üçün müraciət et