Müəllif: Gülnar Əhmədli, Banco.az
Azər Türk Bank-ın kredit portfeli 31 mart 2026-cı il tarixinə 814 milyon 700 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 milyon 259 min manat və ya 1,02% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 328 milyon 600 min manat, biznes kreditləri portfeli 276 milyon 406 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 209 milyon 694 min manat təşkil edib.
Bunlar illik müqayisədə müvafiq olaraq 27 milyon 384 min manat və ya 9,1% çox, 28 milyon 306 min manat və ya 9,3% az, 9 milyon 181 min manat və ya 4,6% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
