“Azər-Türk Bank” ilə mənfəətlə başladı - HESABAT | Banco.az

“Azər-Türk Bank” ilə mənfəətlə başladı - HESABAT

“Azər-Türk Bank” ASC 2017-ci ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Hesabatlara əsasən bankın aktivləri 31 mart 2017-ci ildə 288 milyon 860 min 549 manat olmuşdur. 

Bankın kredit portfeli sözügedən dövrdə 140 milyon 101 min 369 manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

“Azər-Türk Bank”ın məcmu kapitalı üzrə göstəricilər birinci rüb üçün 55 milyon 710 min 787 manat olmuşdur.

Bank 2017-ci ilin ilk rübünü mənfəətlə başa vurmuşdur. Belə ki, sözügedən dövrdə bankın xalis mənfəəti 1 milyon 64 min 552 manat təşkil etmişdir. 

25 may 1995-ci ildə təsis edilmiş “Azər-Türk Bank” hal-hazırda 7 filial şəbəkəsi və 3 şöbə ilə fəaliyyət göstərir.