Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurub! | Banco.az

Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurub!

Azər Türk Bankın 30 iyun  2018-ci il tarixinə aktivləri cari ilin birinci rübü ilə müqayisədə 8%-dək artaraq 313,7 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 14 faiz yüksələrək 133,2 milyon manat təşkil etmişdir.

İkinci rübün sonuna Bank 352,7 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 53,3 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 28 %, leverec əmsalı isə 15,8% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan təqribən üç dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 103% səviyyəsində olmuşdur. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilmişdir.

Bank 159 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 79,3 milyon manatı əhalinin ikinci rüb ərzində 2,7 faiz artmış əmanətləridir.

Rüb ərzində Bankın müştərilərinin sayı 24% artaraq 35 660 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.