Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC 2017-ci ili 3,4 milyon manat zərərlə başa vurub.
Bu, 2016-cı ilə nisbətən 4,1% azdır. Bununla belə, alternativ enerji istehsalçısının yığılmış zərəri 13,728 milyon manata çatıb.
Ötən il “AzAlternativEnerji”nin əsas əməliyyat gəlirləri 340 min manat, dövlət büdcəsindən ayırmalar hesabına gəlirləri 2,5 milyon manat, insan resursları üzrə xərcləri 2,121 milyon manat, əməliyyat xərcləri 344 min manat, digər ümumi və inzibati xərcləri 385 min manat, əsas vəsaitlər və qeyri-madi aktivlərin amortizasiyası xərcləri 3,389 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə “AzAlternativEnerji”nin aktivləri 44,857 milyon manat olub ki, bu da illik müqayisədə 6,95% azdır. 2017-ci ildə şirkətin cari aktivləri 1% artaraq 203 min manata çatıb, uzunmüddətli aktivləri isə 7% azalaraq 44,654 milyon manata düşüb.
Hesabat dövründə “AzAlternativEnerji”ninöhdəlikləri təxminən 60% artaraq 37 min manata çatıb, balans kapitalı isə 7% azalaraq 44,82 milyon manata düşüb.
Xatırladaq ki, “AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 milyon manatdır.
Renkinq